07 
Iyn
2023
21:46
391

Rusiya-Ukrayna müharibəsində daha bir gürcü döyüşçüsü həlak olub

Daha bir gürcü döyüşçü Zura Muşukiya Ukraynada həlak olub. 

InterPress.ge xəbər verir ki, mövcud məlumata görə, Baxmut yaxınlığında partlayış nəticəsində bir gürcü döyüşçü həlak olub. 

Onun cəsədini döyüş meydanından çıxarmaq mümkün olmayıb.

Ölən döyüşçü Sameqrelodan olub, o, Abxaziyadan qaçqın düşüb. 

Məlumat üçün bildirək ki, Zura Muşukiya ötən ilin aprelində Ukraynada başından yaralanıb, əməliyyat olunub və sağaldıqdan sonra döyüş meydanına qayıdıb.

Bizimlə əlaqə saxlayın