Gürcüstan azərbaycanlılarının inteqrasiya mərkəzində tələbələrlə görüş keçirilib
25 İyun tarixində Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinə Tbilisinin İvane Cavaxişvili adına dövlət universitetinin baş lektoru və 4+1 proqramının rəhbəri qonaq olub.
InterPress.ge xəbər verir ki, görüş Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Tbilisinin İvane Cavaxişvili adına dövlət universitetinin baş lektoru və 4+1 proqramının rəhbərinin mərkəzə səfəri çərçivəsində İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin təqdimat məqsədli görüşü keçirilib.
Görüşdə sözügedən universitetin 1+4 programının rəhbəri İnqa Sanikidze və həmin proqramın baş lektoru Ana Todua abiturientləri qiymətləndirmə sistemi, fakültələr, gələcək yeniliklər və.s ilə yanaşı 1+4 programının necə tədris olunduğu haqqında ətraflı məlumat veriblər və abiturientlərin suallarını cavablandırıblar.


