BMT-nin Gürcüstandakı nümayəndəliyi “Pride festivalı” ətrafında baş verənlərə münasibət bildirib və hakimiyyəti günahkar tərəfləri məsuliyyətə cəlb etməyə çağırıb.
InterPress.ge xəbər verir ki, bu, BMT-nin Gürcüstandakı nümayəndəliyinin bəyanatında qeyd olunub.
"BMT Tbilisi Pride-yə edilən zorakılığı və hücumları pisləyir. Gürcüstan hakimiyyətini bu narahatedici hadisəni pisləməyə, günahkarları məsuliyyətə cəlb etməyə və hamının, o cümlədən LGBT+ şəxslərin dinc toplaşmaq və ifadə hüquqlarının müdafiəsini yaxşılaşdırmaq üçün qəti addımlar atmağa çağırırıq", - deyə bayanatda vurğulanıb.
