"Avropa İttifaqının nümayəndəliyi Tbilisi Pride festivalının ləğv edilməsindən kədərləndiyini bildirir. Təhlükəsizliyin və sərbəst toplaşmaq azadlığının təmin oluna bilmədiyini görmək məyusedicidir".
InterPress.ge xəbər verir ki, bu, Aİ-nin Gürcüstandakı nümayəndəliyinin bəyanatında deyilir.
Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyi hakimiyyəti zorakılıq həyata keçirənləri cəzalandırmağa çağırıb.
"Zorakılığa çağıran və zorakılıq törədənlər məsuliyyətə cəlb edilməlidir", - bəyanatda deyilir.
