09 
Iyl
2023
13:38
272

Almaniya parlamenti Ukrayna üçün sursat alınmasını təsdiqləyib

Almaniya parlamenti Panzerhaubitze 2000 özüyeriyən haubitsaları, “Leopard 2” tankları və “Puma” piyada döyüş maşınları üçün sursatların alınmasını təsdiqləyib.

InterPress.ge xəbər verir ki, məlumatı Ukrayna mətbuatı Almaniya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən yayıb.

Onların məlumatına görə, sursatların alınması həm Bundesverin, həm də Ukraynanın ehtiyacları üçün nəzərdə tutulub.

"Rusiya Federasiyasının Ukraynaya hücumu təhlükəsizlik siyasətini əhəmiyyətli dərəcədə dəyişdi. Bu, həm Almaniya silahlı qüvvələri, həm də Ukrayna silahlı qüvvələri üçün əlavə sursatların alınmasını zəruri edir", - məlumatda deyilir.

Onların izahına görə, Ukrayna silahlı qüvvələri cəbhədə “Panzerhaubitz 2000” və “Leopard 2” tanklarından istifadə edir, ona görə də haubitsalar üçün 155 millimetrlik top mərmilərinə, döyüş tankları üçün isə 120 millimetrlik mərmilərə tələbat Almaniyanın köməyi ilə ödənilir.

Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, müharibə başlayandan bəri Ukrayna Bundesverin anbarlarından xeyli miqdarda sursat alıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər