15 
Iyl
2023
21:35
392

Şarl Mişel: “Brüsseldəki görüş çox məhsuldar keçib”

“Bugünkü görüşümüz məhsuldar oldu. Bu görüşümüz mayın əvvəlindən Ermənistan və Azərbaycan liderləri, baş nazirin müavinləri və xarici işlər nazirləri arasında Brüsseldə, Kişineuda, Vaşinqtonda, Moskvada intensiv və məhsuldar keçirilən yüksəksəviyyəli görüşlər silsiləsinin davamıdır”.

InterPress.ge-nin xarici mediaya istinadən məlumatına görə, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlamasında deyib.

O, Ermənistan və Azərbaycan liderlərinin sülh prosesinə sadiq qalmalarını təqdir etdiyini vurğulayıb.

“Biz gündəlikdə olan bütün məsələləri müzakirə etdik. Ermənistan və Azərbaycan liderləri Ermənistanın 29,8 min kvadratkilometr, Azərbaycanın isə 86,6 min kvadratkilometr olmaqla, ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdıqlarını bir daha tam şəkildə təsdiq etdilər”-deyən Şarl Mişel qeyd edib ki, hər iki lider sərhədlərin delimitasiya üçün siyasi çərçivə kimi 1991-ci il “Alma-Ata Bəyannaməsi”nə birmənalı bağlılıqlarını bir daha təsdiqləyib.

Onun sözlərinə görə, tərəflər son iki ay ərzində regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası ilə bağlı danışıqlarda aşkar irəliləyiş əldə ediblər.

“Biz suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsiplərinə hörmətlə yanaşacaq gələcək nəqliyyat razılaşmalarının şərtlərini müzakirə etdik”, - deyə o qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər