Tbilisidə bir nəfər “Varketili” metrostansiyası yaxınlığında dostunun boğazına bıçaqla xəsarət yetirərək qaçıb.
InterPress.ge xəbər verir ki, yaralı Tbilisidəki klinikalardan birinə aparılıb.
Əldə olan məlumata görə, onun vəziyyəti ağırdır.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə qarşılıqlı mübahisə zəminində baş verib. Cinayət işi 117-ci, yəni qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə başlayıb.
.jpg)