24 
Iyl
2023
11:20
534

Gürcüstanda daşınmaz əmlak bahalaşmaqda davam edir

2023-cü ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə yaşayış evlərinin qiymət indeksi 3 faiz artıb, indeksin illik artımı isə 13,1 faiz təşkil edib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Statistika Xidməti yayıb.

İndeks 2020-ci ilin orta göstəricisi ilə müqayisədə 28,8 faiz artıb. RPPI-nin əhatə dairəsi Tbilisi ilə məhdudlaşır və yalnız yeni yaşayış daşınmaz əmlak bazarını, həm çoxmərtəbəli binalar (mənzillər), həm də fərdi evlər seqmentlərini əhatə edir.

“Sakstat”ın məlumatına görə, 2023-cü ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə həm yaşayış mənzilləri seqmentində (3,4 faiz), həm də fərdi evlər seqmentində (1,6 faiz) qiymət artımı qeydə alınıb. Həmçinin, 2022-ci ilin ikinci rübü ilə müqayisədə hər iki seqment üzrə - mənzillər üzrə 10,6 faiz, fərdi yaşayış evləri üzrə isə 16,2 faiz bahalaşma qeydə alınıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər