27 
Iyl
2023
11:37
891

Gürcüstanda pomidorun qiyməti bahalaşıb

Son bir həftədə Gürcüstanda pomidorun qiyməti bahalaşıb.

InterPress.ge xəbər verir ki, bu barədə EastFruit qiymət monitorinq xidməti məlumat yayıb.

Məlumata görə, iyulun 21-də məhsulun 1 kiloqramının qiyməti 2,20 lari idisə, bir həftə əvvəl onun qiyməti 1,20 lari idi. Analoji qiymət dəyişikliyi 2022-ci ilin eyni dövründə də müşahidə olunub, baxmayaraq ki, bu il qiymətlər 10% bahadır.

Qeyd edək ki, indiyədək qiymət artımı adətən iyulun sonunda müşahidə edilirdi. Son iki ilin müşahidəsinə görə, bu proses bir həftə əvvələ keçib. Səbəb yüksək tələb və zəif təklifdir. Tələb təbii ki, Rusiya vətəndaşlarının Gürcüstana axını və pandemiyadan sonrakı dövrlə bağlıdır.

İndi qiymətlər əsas istehsalçı regionda - Şida Kartlidə pomidor yığımının həcmindən asılı olacaq. Region adətən Gürcüstanın illik pomidorunun 30-50%-ni istehsal edir. Rəsmi statistikaya görə, 2022-ci ildə buraya 14,4 min ton pomidor gətirilib ki, bu da son 7 ildə ikinci ən aşağı göstəricidir.

2022-ci ildə ölkənin ümumi hasilatı 44,5 min ton təşkil edib ki, bu da son 7 ildə ən aşağı göstəricidir. Buna səbəb hava şəraiti, xərclərin artması və fermerlərin o vaxt qiymətləri daha yüksək olan digər məhsullara keçməsi olub.
 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər