01 
Avq
2023
10:40
448

Altı ay ərzində beynəlxalq turizmdən əldə edilən gəlirin miqdarı açıqlanıb

6 ayda beynəlxalq turizmdən əldə olunan gəlir 1,8 milyard dollar təşkil edib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Turizm Administrasiyası yayıb.

Onların hesabatlarına görə, beynəlxalq turizmdən əldə olunan gəlir rekord həddə çatıb.

“2023-cü ilin yanvar-iyun aylarının məlumatlarına görə, Gürcüstan beynəlxalq səyahətlərdən (turizmdən) 1 804 529 935 dollar gəlir əldə edib ki, bu da 2019-cu ilin oxşar göstəricisinin (+348 461 374 ABŞ dolları) 123,9% bərpasıdır.

2022-ci illə müqayisədə beynəlxalq səyahətlərdən əldə olunan gəlirlər +661 999 720 (+57,9%) ABŞ dolları artıb.

Bu il ikinci rübdə beynəlxalq səyahət gəlirləri 2019-cu ilin oxşar göstəricisini üstələyib və 1 009 112 957 ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 115% bərpa deməkdir.

2022-ci ilin ikinci rübü ilə müqayisədə beynəlxalq səyahətlərdən əldə olunan gəlirlər +260 291 106 (+34,8%) ABŞ dolları artıb”, - deyə məlumatda qeyd olunub.

 

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər