01 
Avq
2023
18:11
427

Gürcüstanda yaşayış evlərində bahalaşma qeydə alınıb

2023-cü ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə yaşayış əmlakının qiymət indeksi (RPPI) 3 faiz artıb, indeksin illik artımı isə 13,1 faiz təşkil edib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Statistika Xidməti yayıb.

Onların məlumatına görə, indeks 2020-ci ilin orta göstəricisi ilə müqayisədə 28,8 faiz artıb. RPPI-nın əhatə dairəsi Tbilisi ilə məhdudlaşır və yalnız yeni yaşayış daşınmaz əmlak bazarını, həm çoxmərtəbəli binalar (mənzillər), həm də fərdi evlər seqmentlərini əhatə edir.

“Sakstat”ın məlumatına görə, 2023-cü ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə həm yaşayış mənzilləri seqmentində (3,4 faiz), həm də fərdi evlər seqmentində (1,6 faiz) qiymət artımı qeydə alınıb . Həmçinin, 2022-ci ilin ikinci rübü ilə müqayisədə hər iki seqment üzrə - mənzillər üzrə 10,6 faiz, fərdi yaşayış evləri üzrə isə 16,2 faiz bahalaşma müşahidə olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər