ABŞ Dövlət Departamenti: "İstənilən ölkə digər ölkələrin suveren hava məkanına hörmətlə yanaşmalıdır"
ABŞ Belarus helikopterlərinin Polşanın hava məkanını pozmasına görə NATO-nun təhlükəsizliyinə ciddi yanaşır.
InterPress.ge xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Metiu Miller bildirib.
Onun sözlərinə görə, ABŞ hökumətinin fikrincə, istənilən ölkə digər ölkələrin suveren hava məkanına hörmətlə yanaşmalıdır.
“Mən ABŞ və ya hər hansı digər NATO ölkəsi tərəfindən verilə biləcək bəyanatlardan irəli getmək istəmirəm. Müəyyən bir proses var. NATO ölkələrinə 5-ci maddəyə istinad etməyə imkan verən proses var. Hazırda bu mərhələdə deyilik”, - deyə Miller qeyd edib.
Xatırladırıq ki, NATO-nun 5-ci maddəsinə əsasən, NATO müttəfiqinə hücum Şimali Atlantika Alyansının bütün üzvlərinə hücum hesab edilir.