ABŞ-da oğurluqda ittiham olunan iki gürcü şəxs barəsində axtarış elan edilib.
lnterPress.ge xəbər verir ki, bu barədə "Dailyvoice" nəşrində məlumat dərc edilib.
Məlumata görə, müstəntiqlər bildiriblər ki, bu iki şəxs 2022-ci ilin sentyabrından bu ilin iyun ayına qədər Apple mağazalarında səkkiz oğurluq planlaşdırıb və həyata keçirib, ümumilikdə 10 070 dollar dəyərində qulaqlıq, klaviatura və digər məhsulları oğurlayıblar.
