Tbilisinin Liban küçəsində yanğın baş verib.
InterPress.ge xəbər verir ki, mövcud məlumata görə, yanğın ötən gecə yaşayış binalarından birinin 9-cu mərtəbəsində baş verib.
Yanğınsöndürənlər yanan mənzildən biri azyaşlı olmaqla 4 nəfəri xəsarətsiz çıxarıblar.
Qeyd edək ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasediciləri və polis cəlb olunub.
