"Bu gün Rusiyanın Gürcüstana qanunsuz təcavüzünün 15 ili tamam olur. Estoniya Gürcüstan ərazisinin 20%-nin Rusiya tərəfindən işğalını qətiyyətlə pisləyir".
InterPress.ge xəbər verir ki, bu, Estoniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Qurum Gürcüstanın ərazi bütövlüyünü, Avro-Atlantik inteqrasiyasını dəstəklədiyini bildirir.
“Biz Gürcüstanın ərazi bütövlüyünü və Avro-Atlantik inteqrasiyasını dəstəkləməyə davam edirik”, - bəyanatda deyilir.
