09 
Avq
2023
11:53
1071

Rusiyalı turistlər Gürcüstanda neçə lariyə gündəlik kirayə ev tuturlar?

Yay mövsümündə Gürcüstanda rusiyalı turistlər üçün gündəlik yaşayış yerlərinin qiyməti 2022-ci ilin eyni dövrü ilə müqayisədə 58% artıb. Gündəlik kirayə haqqının orta qiyməti 3740 rubl və ya 102 laridir.

InterPress.ge xəbər verir ki,  bu barədə TASS-a Rusiyanın Sutochno.ru onlayn broninq xidmətinin təsisçisi və baş direktoru Yuri Kuznetsov məlumat verib.

O, Abxaziya göstəricisini ayrıca qeyd edib, burada gündəlik rezervasiya qiyməti 31% artıb və orta hesabla 4160 rubl, 114 lari təşkil edir.

Rusiyalı turistlər Qazaxıstan və Qırğızıstanda Gürcüstandan daha ucuz rezervasiya edirlər. Qazaxıstanda gündəlik yay kirayəsi 3640 rubl və ya 38 dollar (+104%), Qırğızıstanda isə 3520 rubl, 37 dollar (+85%) təşkil edir.

Ümumilikdə, bu yay Rusiyanın qonşu ölkələrində mənzillərin gündəlik kirayə haqqı 2022-ci ilin yayına nisbətən 52% artıb və orta hesabla 4380 rubl (46 dollar) təşkil edir. Xidmət müqayisə üçün Rusiyada daxili qiymətləri göstərir, burada bu yay orta gündəlik tətil icarəsi 3910 rubl (41 dollar) təşkil edir ki, bu da ötən illə müqayisədə 15% çoxdur.


Ruslar ən uzun səyahət üçün Gürcüstanı seçirlər, yəni 7-8 gün. Sonrakı yerdə rusiyalı turistlərin orta hesabla beş günlük gəldiyi Ermənistan, dörd günlük Özbəkistan və Qazaxıstan, üç günlük isə, Belarus və Qırğızıstan gəlir.

Eyni zamanda, rusiyalı turistlərin məşhur istiqamətlərində Rusiyanın qonşu ölkələri arasında xidmət ilk üçlükdə Belarusun, daha sonra isə ikinci və üçüncü yerlərdə Abxaziya və Gürcüstanın ayrı-ayrılıqda adını çəkir. Rusiyalı turistlər ən çox kirayə Abxaziyada götürürlə , hansı ki, 33 610 rubl və ya 921 lari (+36%) dəyərindədir, Gürcüstanın qalan hissəsinə səyahətə isə 24 600 rubl, 674 lari (+57%) xərclənir.

 

 

Bizimlə əlaqə saxlayın