Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Galt & Taggart: "Gürcüstan bu il qaragilə ixracından iki dəfə çox gəlir əldə edib"

498
Galt & Taggart: "Gürcüstan bu il qaragilə ixracından iki dəfə çox gəlir əldə edib"
Dinləmək üçün basın

Bu il Gürcüstan qaragilə ixracından iki dəfə çox gəlir əldə edib.

Bu il Gürcüstan qaragilə ixracından iki dəfə çox gəlir əldə edib. 

InterPress.ge xəbər verir ki, bu barədə “Galt & Taggart”ın araşdırmasında qeyd olunub.

“Gürcüstandan qaragilə ixracı 2019-cu ildə başlayıb və hər il həm kəmiyyət, həm də miqdar baxımından iki dəfə artıb.

2023-cü ilin 7-ci ayının məlumatına görə, qaragilə ixracı 18,2 milyon ABŞ dolları və 3,0 milyon kiloqram təşkil edib ki, bu da əvvəlki ilin göstəricilərindən 2,1 dəfə çoxdur. Məhsul mövsümündən asılı olaraq 2023-cü ildə ixrac ayları da iyun və iyul ayları idi. İyun ayında orta ixrac qiyməti kq üçün 6,3 ABŞ dolları, iyulda isə 5,5 ABŞ dolları təşkil edib. Qeyd olunan aylıq azalma qlobal tendensiyalardan qaynaqlanır.

Qaragilə ixracının böyük hissəsi (ümumi dəyərin 91,7%-i) 2023-cü ilin 7-ci ayında Rusiyaya gedib. Qalan 8,3%-nin 3,0%-i Ermənistana, 2,3%-i Aİ ölkələrinə (Polşa, Hollandiya, Almaniya), 1,9%-i Birləşmiş Ərəb Əmirliklərinə, 1,1%-i isə digər ölkələrə gedib”, - deyə araşdırmada qeyd olunub.
 

 

 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiLalə Əsgərova

Son xəbərlər

Gürcüstanda bahalı avtomobillərin sayı artır – ölkədə neçə Lamborghini, Ferrari, Bugatti və Rolls-Royce var?31 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində ölübKobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbSon xəbərlərə bax →