15 
Avq
2023
13:55
495

İyulda xaricdən Gürcüstana pul köçürmələrinin həcmi 301 milyon dollar təşkil edib

2023-cü ilin iyul ayında ölkəyə pul köçürmələrinin həcmi 301,1 milyon ABŞ dolları (782 milyon lari) təşkil edib ki, bu da 2022-ci ilin iyul ayının analoji göstəricisindən 1,6% azdır.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb.

“Xaricdən Gürcüstana pul köçürmələrinin 96,6%-i 25 ən böyük tərəfdaş ölkədən gəlir. Ötən ilin iyul ayında bütün pul köçürmələrinin 93,7%-i eyni 25 ölkədən gəlirdi”, - deyə məlumatda qeyd olunub.

Bu ilin iyul ayında ən çox pul köçürməsi aşağıdakı ölkələrdən həyata keçirilib:

Rusiya Federasiyası - 73,8 milyon ABŞ dolları, əvvəlki illə müqayisədə 26,6% azalma;
İtaliya - 45,34 milyon ABŞ dolları, əvvəlki illə müqayisədə 26% artım;
ABŞ - 40 milyon ABŞ dolları, əvvəlki illə müqayisədə 40% artım.
Yunanıstan - 21,6 milyon ABŞ dolları, əvvəlki illə müqayisədə 12,9% artım.
Almaniya - 20,5 milyon ABŞ dolları, əvvəlki illə müqayisədə 40,3% artım.
 

Bizimlə əlaqə saxlayın