Ermənistan ordu Azərbaycan - Ermənistan sərhədində itki ilə üzləşib.
InterPress.ge xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, iyulun 27-də saat 01:00 radələrində Ermənistan ordusunda müqavilə ilə xidmət edən hərbi qulluqçu Aşot Gevorkoviç Mikaelyan Ermənistan sərhədlərinin şimal-şərq istiqamətində snayper gülləsi ilə öldürülüb.
