Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Qardabanidə keçmiş həyat yoldaşını sifarişlə öldürməyə hazırlaşmaqda şübhəli bilinən şəxs saxlanılıbGürcüstanda bahalı avtomobillərin sayı artır – ölkədə neçə Lamborghini, Ferrari, Bugatti və Rolls-Royce var?31 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində ölübKobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirQardabanidə keçmiş həyat yoldaşını sifarişlə öldürməyə hazırlaşmaqda şübhəli bilinən şəxs saxlanılıbGürcüstanda bahalı avtomobillərin sayı artır – ölkədə neçə Lamborghini, Ferrari, Bugatti və Rolls-Royce var?31 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində ölübKobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişir
TVCANLI

SOCAR tətbiq edilən cəriməyə etirazını bildirdi

597
SOCAR tətbiq edilən cəriməyə etirazını bildirdi
Dinləmək üçün basın

Gürcüstanın Milli Rəqabət Agentliyi motor yanacağı bazarında ən böyük 5 şirkəti ümumilikdə 4 milyon lari məbləğində cərimələyib.

Gürcüstanın Milli Rəqabət Agentliyi motor yanacağı bazarında ən böyük 5 şirkəti ümumilikdə 4 milyon lari məbləğində cərimələyib.

InterPress.ge xəbər verir ki,  cərimə olunan şirkətlərdən biri “SOCAR Georgia” qərarla razılaşmadıqlarını və apellyasiya şikayəti verməyi planlaşdırdıqlarını açıqlayıb.

“Biz müsabiqə agentliyinin rəyi ilə razı deyilik və məhkəməyə şikayət etməyi planlaşdırırıq. Mətbuatdan eşitdik ki, adları çəkilən bəzi şirkətlər də məhkəməyə şikayət etməyi planlaşdırır. Ümid edirik ki, bizə arqumentlərimizi təqdim etmək imkanı veriləcək və ədalətli nəticə əldə edəcəyik” - deyə açıqlamada qeyd olunub.

Xatırladırıq ki, “Visol Petroleum Georgia” şirkəti Rəqabət Agentliyinin qərarından məhkəməyə şikayət etmək niyyətindədir.

Milli Rəqabət Agentliyinin apardığı araşdırmalar nəticəsində təsdiqlənib ki, "Lukoil-Georgia", "Visol Petroleum Georgia", "San Petroleum Georgia", "SOCAR Georgia Petroleum" və "Rompetrol Georgia" "Rəqabət haqqında" Gürcüstan Qanunun 7-ci maddəsinin pozub.

Agentliyin qərarına əsasən, beş şirkətə 4 milyon lariyə qədər müvafiq maliyyə sanksiyası tətbiq edilib. Həmçinin bazarda rəqabət mühitinin yaxşılaşdırılması üçün zəruri tövsiyələr verilib.

Məlumat üçün bildirək ki, qanunvericiliyə uyğun olaraq şirkətlər agentliyin qərarından Tbilisi Şəhər Məhkəməsinə şikayət verə bilərlər.
 

 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiLalə Əsgərova

Son xəbərlər

Qardabanidə keçmiş həyat yoldaşını sifarişlə öldürməyə hazırlaşmaqda şübhəli bilinən şəxs saxlanılıbGürcüstanda bahalı avtomobillərin sayı artır – ölkədə neçə Lamborghini, Ferrari, Bugatti və Rolls-Royce var?31 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində ölübKobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbSon xəbərlərə bax →