25 
Avq
2023
12:04
873

Gürcüstanda ümumilikdə 18 yaşına çatmamış 181 352 nəfər yaşayış müavinəti alır

Bu ilin iyul ayının məlumatına görə, Gürcüstanda ümumilikdə 18 yaşına çatmamış 181 352 nəfər yaşayış müavinəti alır.

InterPress.ge xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyinin saytında məlumat dərc olunub.

Statistikaya görə, yaşayış müavinəti alan ən çox 46 402 azyaşlı Tbilisidə qeydə alınıb, 18 yaşa qədər yaşayış müavinəti alan 30 274 ​​nəfər isə, Kvemo Kartlidəndir, sosial yardıma ehtiyacı olan azyaşlıların sayında isə üçüncü yeri İmereti tutur, burada 19 930 nəfər sosial müavinət alır.

Yaşayış müavinəti alan 18 yaşına çatmamış şəxslərin ən az göstəricisi Raça-Leçxum Kvemo Svanetidə qeydə alınıb, onların ümumi sayı 1243 nəfərdir.

Qeyd edək ki, 6 yaşa qədər 48 548 uşaq yaşayış müavinəti alır. Onların əksəriyyəti Tbilisidə (11616 uşaq), Kvemo Kartlidə (8130 uşaq) və , İmeretidə (5393 uşaq) qeydiyyatdadır.

Statistik məlumatlara görə, əhalinin məşğulluğunun təşviqi dövlət proqramına 6-18 yaş arasında olan 53 196 nəfər nümayəndə cəlb olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər