30 
Avq
2023
14:04
793

Qarşıdakı günlərdə Gürcüstanda dəyişkən hava şəraiti gözlənilir

Bu həftə Gürcüstanın qərbində isti və yağıntısız hava şəraiti, Tbilisidə isə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Bundan əlavə, Şərqi Gürcüstanın bəzi rayonlarında sentyabrın 3-dək nisbətən yüksək temperatur (+29, +34 dərəcə) fonunda şimşək çaxacağı, qısamüddətli yağışın davam edəcəyi, bəzi yerlərdə dolu düşəcəyi ehtimal olunur.

“Avqustun 29-u axşam saatlarından etibarən Tbilisi və ətraf ərazilərdə güclü yağıntılar qeydə alınıb.

Cari həftənin hava proqnozuna gəlincə, Qərbi Gürcüstanda isti və yağıntısız hava şəraiti gözlənilir. Havanın temperaturunun düzənlikdə +32, +37, dağlarda +31, +36, yüksək dağlıq ərazilərdə +28, +33 dərəcə olacağı gözlənilir.  Sentyabrın 2-də bəzi yerlərdə yağış yağacağı ehtimal olunur.

Şərqi Gürcüstanın bəzi rayonlarında sentyabrın 3-dək nisbətən yüksək temperatur (+29, +34 dərəcə) fonunda şimşək çaxacağı qısamüddətli yağış yağacağı, bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var.

Tbilisidə şimşək çaxacaq qısamüddətli yağış yağacaq. Havanın temperaturu gündüz saatlarında +31, +33 dərəcə təşkil edəcək.

Qeyd edək ki, Milli Ekologiya Agentliyinin Facebook səhifəsində gözlənilən hava şəraiti ilə bağlı məlumatlar sistemli şəkildə yayılır. Həmçinin hava şəraitinin mümkün pisləşməsi ilə bağlı bütün aidiyyatı qurumlara məlumat göndərilir”, - deyə yayılan məlumatda qeyd olunub.
 

Bizimlə əlaqə saxlayın