04 
Sen
2023
12:01
478

İstintaq xidməti Tbilisidə fəaliyyət göstərən cinayətkar "çağrı mərkəzi"ni müəyyən edib

İstintaq xidməti Tbilisidə fəaliyyət göstərən cinayətkar "çağrı mərkəzi"ni müəyyən edib. 

InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin istintaq xidməti məlumat yayıb.

Ofisdə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda məlumat daşıyan elektron cihazlar, o cümlədən kompüter avadanlığı götürülüb.

“Gürcüstanın Maliyyə Nazirliyinin istintaq xidməti fırıldaqçı “çağrı mərkəzləri”nin müəyyən edilməsi istiqamətində işini fəal şəkildə davam etdirir.

Qurumun əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində bu il sentyabrın 1-də Tbilisidə fəaliyyət göstərən və ofisdə işləyən 20-yə yaxın işçi vasitəsilə şübhəli fəaliyyətlər həyata keçirən cinayətkar “çağrı mərkəzi” müəyyən edilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda informasiya daşıyan elektron cihazlar, o cümlədən kompüter avadanlığı götürülüb. “Çağrı Mərkəzi”nin rəhbərlərinin bank hesabları və daşınmaz əmlakları da müsadirə edilib.

Gürcüstan Cinayət Məcəlləsinin 180, 194 və 218-ci maddələri ilə 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrum etmə ilə bağlı istintaq davam etdirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər