15 
Sen
2023
20:57
158

“2023-cü ilin 6 ayında 10366 nikah, 6828 boşanma halı qeydə alınıb”- Sakstat

 

2023-cü ilin ilk 6 ayında 10 366 nikah, 6 828 boşanma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə Sakstat məlumat verib.

Məlumata görə, regionlar üzrə həm nikah (3057), həm də boşanma (2332) üzrə Tbilisi liderdir. İkinci yerdə 1614 nikah və 1182 boşanma ilə İmereti qərarlaşıb.

Digər bölgələrdən alınan məlumatlar belədir: Kvemo Kartli - 1304 nikah, 651 boşanma; Acarıstan Muxtar Respublikası - nikah 987, boşanma 541; Kaxeti - nikah 777, boşanma 479; Quriya - nikah 289, boşanma 168; Mtsxeta-Mtianeti - nikah 201, boşanma 118. Raça-Leçxumi və Kvemo Svaneti - nikah 87, boşanma 48; Sameqrelo və Zemo Svaneti - 950 nikah, 754 boşanma; Samtsxe - Cavaxeti - nikah 428, boşanma 144; Şida Kartli - 672 nikah, 411 boşanma.

Bizimlə əlaqə saxlayın