"China Southern Airlines" sentyabrın 27-dən etibarən Tbilisi Beynəlxalq Hava Limanından Urumçiyə gündəlik uçuşlara başlayacaq.
InterPress.ge xəbər verir ki, bu barədə “Tav Georgia” məlumat verib.
Məlumata görə, aviaşirkət hazırda həftədə üç dəfə Tbilisi-Urumçi-Tbilisi marşrutu üzrə uçuşlar həyata keçirir.
“China Southern Airlines pandemiyanın yaratdığı üç illik fasilədən sonra 2023-cü ilin yanvarından Gürcüstanın hava bazarına qayıdıb.
Aviaşirkət “Boeing” təyyarəsi ilə Tbilisi-Urumçi-Tbilisi marşrutu üzrə müntəzəm uçuşlar həyata keçirəcək”, - məlumatda deyilir.
