06 
Okt
2023
17:28
571

Şəxsi münasibətlər zəminində dostunu qətlə yetirən şəxsə hökm oxunub

Gürcüstan Prokurorluğu bir nəfərə qarşı Tbilisidə ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə ittihamı irəli sürüb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.

Nazirlik tərəfindən aparılan istintaq tədbirləri ilə müəyyən edilib ki, təqsirləndirilən şəxs onunla birlikdə yaşayan dostu ilə cinsi münasibətlər zəminində mübahisə edib, bu səbəbdən yuxuda olan zaman dostuna küt alət və bıçaqla müxtəlif nahiyələrdən xəsarət yetirib. Aldıqları xəsarətlər nəticəsində zərərçəkmiş yerindəcə keçinib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi oktyabrın 5-də saxlayıb. O, Gürcüstan Cinayət Məcəlləsinin 11-109-cu maddəsinin  (cinsi oriyentasiya zəminində, köməksiz ailə üzvünə qarşı dözümsüzlük zəminində qəsdən adam öldürmə) 16-dan 20 ilədək və ya ömürlük cəzanı nəzərdə tutan bəndləri ilə ittiham olunub"- məlumatda bildirilib.


Prokurorluq qanunla müəyyən edilmiş müddətdə həbs qətimkan tədbirinin tətbiq edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edir.

Bizimlə əlaqə saxlayın