03 
Nybr
2023
21:11
290

ABŞ Ukraynaya yeni hərbi yardım paketi verəcək

ABŞ Ukraynaya 425 milyon dollar dəyərində hərbi yardım paketi verəcək.

InterPress.ge xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi bəyanat yayıb.

Bəyanatda bildirilir ki,  Kiyevin döyüş meydanında təcili ehtiyaclarını qarşılaya bilməsi üçün Ukraynaya 125 milyon dollar dəyərində texnika birbaşa Müdafiə Nazirliyinin anbarlarından gətiriləcək. Qalan 300 milyon dollar isə Ukraynanın Müdafiəyə Yardım Təşəbbüsü (USAI) çərçivəsində veriləcək ki, Kiyev uzunmüddətli perspektivdə hava hücumundan müdafiəni gücləndirə bilsin.
Müdafiə Nazirliyi ayrıca qeyd edir ki, düşmənin pilotsuz uçan aparatları ilə mübarizə aparmaq üçün USAI çərçivəsində Ukraynaya əlavə lazerlə idarə olunan hərbi sursatlar veriləcək.
Paketə həmçinin NASAMS zenit sistemləri üçün əlavə döyüş sursatı, HIMARS sistemləri üçün əlavə sursat, 155 mm və 105 mm-lik artilleriya mərmiləri, tank əleyhinə TOW raketləri, Javelin və AT-4 sistemləri, 3 milyondan çox patron və qumbaraatan daxildir. 

Bizimlə əlaqə saxlayın