Polis əməkdaşlarının son vaxtlar həyata keçirdikləri əməliyyatlar nəticəsində 20 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin əməkdaşları son vaxtlar həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində Tbilisi və regionlarda qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmək, saxlamaq və gəzdirmək ittihamı ilə 20 nəfəri saxlayıblar.
InterPress.ge xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Məlumata görə, hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri axtarış nəticəsində qanunsuz silah və döyüş sursatı maddi sübut kimi götürülüb.
Odlu silah və döyüş sursatlarının qanunsuz alınması, saxlanması və gəzdirilməsi faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə istintaq aparılır.
Cinayət üç ildən yeddi ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.