"Georgian Airways" dekabrın 10-dan Tbilisidən Sankt-Peterburqa uçuşlara başlayacaq.
InterPress.ge xəbər verir ki, bu barədə aviaşirkət sosial şəbəkədə yazıb.
Onların məlumatına görə, şirkət Sankt-Peterburqa həftədə iki dəfə - çərşənbə və bazar günləri uçacaq.
"Hörmətli sərnişinlər! Nəzərinizə çatdırırıq ki, dekabrın 10-dan biz yeni istiqamət əlavə edəcəyik: Tbilisi-Sankt-Peterburq-Tbilisi: hər çərşənbə və bazar günləri", - aviaşirkət yazır.
