Dekabrın 5-dən Gürcüstanda hava şəraiti pisləşəcək.
InterPress.ge xəbər verir ki, bu barədə Hidrometeoroloji Proqnozlaşdırılma şöbəsinin rəhbəri Svetlana Nioradze məlumat verib.
“Sabah, dekabrın 5-də Qərbi Gürcüstanın bəzi ərazilərində yağış yağacaq. Yüksək dağlıq ərazilərə qar yağacaq. Qərbi Gürcüstanda havanın temperaturu 11 dərəcəyə enəcək.
Şərqi Gürcüstanda sabah yağmursuz hava şəraiti davam edəcək, dekabrın 6-7-dən temperatur aşağı düşəcək.
Tbilisidə dekabrın 5-də yağmursuz hava olacaq, dekabrın 6-7-də havanın temperaturu enəcək, yağış yağacaq. 11-13 dərəcə isti gözlənilir”, - deyə Svetlana Nioradze bildirib.
