12 
Dek
2023
11:36
354

Pirotexniki vasitənin partlaması nəticəsində 12 yaşlı uşaq ağır yaralandı

Kobuletidə kəndlərdən birində pirotexniki vasitənin partlaması nəticəsində 12 yaşlı uşaq ağır xəsarət alıb.

InterPress.ge xəbər verir ki, yeniyetmənin bədənində yanıqlar var.

O Kobuleti klinikasına çatdırılıb, daha sonra isə onu Tbilisiyə köçürmək lazım gəlib.

Mövcud məlumata görə, yeniyetmənin atdığı pirotexniki vasitələr qaz çəninə düşüb və nəticədə partlayış baş verib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər