Zəhra Ana Fondu tərəfindən Tbilisidə yerləşən "Gələcək yolu" adlı kimsəsizlər evi ziyarət edilib.
InterPress.ge-nin məlumatına görə, ziyarət zamanı uşaqlara müxtəlif hədiyyələr, oyuncaqlar, Yeni il atributları hədiyyə olunub.
"Fondun nümayəndələrini böyük məmnuniyyətlə qəbul edən, Gürcüstan Aktiv Azərbaycanli Qadınlar Assosiasiyasının Sədri Gültəkin Mustafayevaya, "Gələcək yolu" adlı Fondun direktoru David Quncuraşviliyə və TV AKHALİ xəbər portalının sədri Keti Mikadzeyə təşəkkürümüzü bildiririk", - deyə bildirilib.



