Tbilisinin Ortaçala rayonunda yol qəzası baş verib.
InterPress.ge xəbər verir ki, avtomobil və mikroavtobus toqquşub.
Hadisə nəticəsində 11 nəfər xəsarət alıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin yol hərəkəti təhlükəsizliyi və ya istismar qaydalarını pozma (276-cı) maddəsi ilə istintaq başlanılıb.
