Xilasedicilər Metexi körpüsündən Mtkvari (Kür) çayına düşən avtomobili çıxarıblar.
InterPress.ge-nin xəbərinə görə, avtomobilin içərisində bir nəfərin meyiti tapılıb.
Hadisəsinin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Lakin mövcud məlumata görə, avtomobil Metexi körpüsündə bəndi sındıraraq çaya düşüb.
Xilasedicilər bir neçə saat çalışıblar. Hadisə yerinə təcili tibbi yardım briqadası və polis səfərbər edilib. Hadisə ilə bağlı araşdırma aparılır.
