Qudauri (post)-Kobi hissəsində qoşqu və yarımqoşquların hərəkəti bərpa edilib
Təmizlik işləri nəticəsində beynəlxalq əhəmiyyətli Mtsxeta-Stefantsminda-Larsi avtomobil yolunun Qudauri (Post)-Kobi hissəsində qoşqu və yarımqoşqularla avtomobillərin hərəkəti bərpa edilib.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti məlumat yayıb.
Departamentdən verilən məlumata görə, Mleta-Qudauri və Qudauri (post)-Kobi hissələrində nəqliyyatın hərəkəti dayanmadan, Qudauri (post)-Kobi hissəsində isə yalnız uçqundan mühafizə tunelləri vasitəsilə davam edəcək.
“Tunellərdə 22-dən çox oturacaq yeri olan (sürücü oturacağı istisna olmaqla) sərnişinlərin daşınması üçün nəzərdə tutulmuş qoşqulu, yarımqoşqulu motorlu nəqliyyat vasitələri və M3 kateqoriyalı avtomobillər birtərəfli hərəkət edəcək”, - məlumatda deyilir.


