Gürcüstanın hansı bölgəsində daha çox kredit verilib?
Yanvar ayına olan məlumata görə, vətəndaşlara verilən 28 666,5 milyon lari kreditin 62%-i Tbilisinin payına düşür.
InterPress.ge xəbər verir ki, Milli Bankın statistik məlumatlarına görə, 2024-cü ilin yanvar ayının sonuna Tbilisidə 17 833,7 milyon lari kredit verilib.
Statistik məlumatlara görə, kommersiya bankları tərəfindən verilən kreditlərin sayı illik müqayisədə 17% artıb.
Kommersiya bankları tərəfindən milli valyutada verilən kreditlər regionlar üzrə belədir:
Tbilisi - 17 833,7 milyon lari,
İmereti - 2 289,3 milyon lari,
Acarıstan - 2 150,0 milyon lari,
Kaxeti - 1,641,2 milyon lari,
Kvemo Kartli - 1 360,4 milyon lari,
Sameqrelo-Zemo Svaneti - 1,248,1 milyon lari,
Samtsxe-Cavaxeti - 698,7 milyon lari,
Quriya - 207,4 milyon lari,
Mtsxeta Mtianeti - 119,6 milyon lari,
Raça-Leçxumi və Kvemo Svaneti - 43,7 milyon lari.


