27 
Fev
2024
13:43
1868

Mal-qara saxlayanların nəzərinə! Bu şəxslərə pul veriləcək

Heyvanın qarayara xəstəliyindən tələf olması halında sahiblərinə dövlət tərəfindən pul kompensasiyası veriləcək.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Qida Agentliyi məlumat verib.

Onların məlumatlarına görə, qarayara xəstəliyinin laboratoriyada təsdiqlənməsi halında kompensasiya verilir.

Mal-qarası qulaq nişanları ilə eyniləşdirilən və Milli Heyvanların İdentifikasiyası-Qeydiyyatı və İzlənməsi Sistemində (NAITS) qeydiyyata alınanlara kompensasiya veriləcək;

Heyvanın peyvənd edilməsindən/revaksinasiyasından imtina etməyən şəxslərə kompensasiya veriləcək. Heyvanın sahibi/saxlayanı heyvanın öldüyü halda dərhal Milli Qida Agentliyinə məlumat verməyə borcludur.

Məsul şəxs dövlət proqramı (heyvan qarayarasına qarşı peyvənd/revaksinasiya) çərçivəsində heyvanı peyvənd etməkdən imtina edərsə və məsul şəxsin imtinası ilə bağlı agentliyin səlahiyyətli şəxsi tərəfindən protokol tərtib edilərsə, kompensasiya verilmir.

Kompensasiyanın məbləği Milli Qida Agentliyi tərəfindən müəyyən edilir və verilir.

Agentlik tərəfindən yaradılmış komissiya heyvanın qarayara xəstəliyindən ölməsini təsdiq etdikdən sonra bir ay müddətində qərar qəbul edir.

Kompensasiyanın ödənilməsi və məbləğin müəyyən edilməsi qaydası 2024-cü il yanvarın 1-dən qüvvəyə minib (Gürcüstan hökumətinin 332 nömrəli qərarı).

Bizimlə əlaqə saxlayın