27 
Fev
2024
22:47
494

Rustavidə baş vermiş qətl hadisəsinin yeni təfərrüatları məlum olub

Qonşular arasında başlayan  məişət münaqişəsi ölümlə nəticələndi.

InterPress.ge xəbər verir ki,  Rustavidə şəhər ərazisində başlayan qarşıdurma zamanı bir nəfər ölüb. 

Məlumata görə, qarşıdurma qonşular arasında baş verib. Vefxiya Maisuradze kustar üsulla hazırlanmış odlu silahla aldığı bir neçə yaradan yerindəcə keçinib. Təcilli tibbi yardım xidməti ona vaxtında kömək edə bilməyib.

Qətli törətməkdə təqsirləndirilən şəxs Kaxa Badriaşvilini qonşu qadınlardan biri təbii qaz sistemini bağlamaqda günahlandırıb və Vefxiya Maisuradzedən münaqişəni həll etməyi xahiş edib. Yaşayış binasının həyətində başlayan söhbət atışma ilə yekunlaşıb.

İlkin məlumata görə, cinayəti törədən şəxs saxlanılıb, lakin Daxili İşlər Nazirliyi hələlik xəbəri təsdiqləməyib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər