28 
Fev
2024
18:20
353

DTX: “Rus işğalçıları Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar”

İşğalçılar Gürcüstan vətəndaşını qanunsuz olaraq Taxtisdziri kəndi yaxınlığında saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

DTX-nin məlumatına görə, Rusiya işğalçı qüvvələrinin nümayəndələri işğal olunmuş ərazilərdə, Kareli bələdiyyəsinin Taxistziri kəndi yaxınlığında Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar.
Sözügedən hadisə ilə bağlı məlumat daxil olan Dövlət Təhlükəsizliyi Xidməti Avropa İttifaqının Monitorinq Missiyası tərəfindən idarə olunan “qaynar xətt”i işə salıb. Daha bir qanunsuz həbs faktı barədə məlumat dərhal Cenevrədəki beynəlxalq müzakirələrin həmsədrlərinə və beynəlxalq tərəfdaşlara çatdırılıb.
Qeyri-qanuni həbsdə olan Gürcüstan vətəndaşlarının azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb.

"Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən bütün dağıdıcı hərəkətlərə görə məsuliyyət işğalçı dövlətin üzərinə düşür", - DTX yazır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər