Tbilisi dolama yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb.
InterPress.ge xəbər verir ki, yük maşını yoldan çıxaraq çuxura sürüşüb, nəticədə yük maşınının sürücüsü həlak olub.
Hadisə dünən, martın 7-də baş verib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq aparılır.
