28 
Mar
2024
12:21
192

Gürcüstanda doğum və ölüm halları azalıb

2023-cü ildə Gürcüstanda diri doğulanların sayı 40 214 uşaq, o cümlədən 21 010 oğlan və 19 204 qız təşkil edib. Sözügedən göstərici əvvəlki illə müqayisədə 5,0 faiz azalıb.

InterPress.ge xəbər verir ki, bu barədə Sakstat məlumat yayıb.

2023-cü ildə ən çox doğum Tbilisidə (13697 uşaq), ən az doğum isə Raça-Leçxumi və Kvemo Svaneti bölgəsində (226 uşaq) qeydə alınıb.

2023-cü ildə ilk övladını dünyaya gətirən ananın orta yaşı 26,7 yaş olaraq müəyyən edilib.

2023-cü ildə 2022-ci illə müqayisədə ölənlərin sayı 13,0 faiz azalaraq 42 756 ədəd təşkil edib. Ən çox ölüm hadisəsi Tbilisidə (12 229 nəfər), ən az isə Raça-Leçxumi və Kvemo Svaneti bölgəsində (580 nəfər) qeydə alınıb.

2023-cü ilin məlumatlarına görə, uşaq ölümünün səviyyəsi (1000 diri doğulana 1 yaşa qədər) 8,2 promillə təşkil edib. 2023-cü ildə 5 yaşadək uşaqların ölüm səviyyəsi (hər 1000 diri doğulana) 9,5 promillə təşkil edib.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər