Bağdatidən Tbilisiyə gedən yolda mikroavtobus qəzaya düşüb.
InterPress.ge-nin məlumatına görə, hadisə nəticəsində 3 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Yaralılar təcili tibbi yardım qrupları tərəfindən xəstəxanaya aparılıb.
Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb
