Kür çayının sağ və sol sahilləri bağlanıb.
InterPress.ge xəbər verir ki, aksiya iştirakçıları axşam saatlarında Tbilisinin üç fərqli nöqtəsindən yola düşərək Avropa Meydanına yürüş təşkil ediblər.
Rus qanununa yox - aksiyanın əsas şüarı və tələbi budur. Aksiya iştirakçıları Gürcüstan və Avropa İttifaqının bayraqlarını açıblar.
