Tələbələrin “rus qanunu”na qarşı etiraz aksiyası bu gün də davam edəcək
“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin əleyhdarları bu gün parlament binasının qarşısına toplaşacaqlar.
InterPress.ge xəbər verir ki, saat 10:00-dan Tbilisinin müxtəlif universitetlərinin tələbələri universitetlərdən qanunverici orqana doğru yürüş edərək parlament binasını əhatəyə alacaqlar.
“Yürüş bütün universitetlərdən başlayacaq. Əsl tələbə gücünü görəcəyik. Parlament saat 10:00-dan etibarən güclü etiraz mərkəzi olacaq. Deputatlara səsimizi qaldıracağıq, bəlkə nəsə öyrənib qanun layihəsini üçüncü oxunuşda qəbul etməzlər. Buna görə də biz burada çox olacağıq və mütləq “Rus Arzusu”nu geri qaytaracağıq”, – tələbə Davit Sexniaşvili bildirib.
“Gürcü arzusu”nun əksəriyyəti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə üçüncü oxunuşda baxılaraq mayın 14-də keçiriləcək plenar iclasda səsvermə yolu ilə təsdiqlənməsini planlaşdırır.


