31 
Avq
2020
17:20
493

Gürcüstanda elektrik enerjisinin istehsalı azalıb

Bu ilin yanvar-iyul aylarında Gürcüstan SES-lərində elektrik enerjisinin istehsalı illik müqayisədə 7,7% azalaraq 5,3 mlrd. kVt-saat təşkil edib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Elektrik Enerjisi Sistemi Kommersiya Operatorunun (ESCO) hesabatında qeyd olunub.

İstehsalın azalması fonunda ölkədə elektrik enerjisinə tələbat artıb ki, bu da idxalın artmasına səbəb olub. Belə ki, ölkənin 2019-cu ilin ilk 7 ayı ərzində elektrik enerjisi idxalının həcmi 716 mln. kVt-saat təşkil edib, 2020-ci ilin analoji dövründə isə bu göstərici 788 mln. kVt-saata çatdırılıb.

Hesabatda qeyd olunub ki, Gürcüstan SES-lərində istehsalın azalması yaz-yay aylarında qonşu ölkələrə ixrac edilən elektrik enerjisinin həcminin azalmasına səbəb olub. Belə ki, bu il Gürcüstan qonşu ölkələrə 149,6 mln. kVt-saat elektrik enerjisi ixrac edib ki, bu göstərici illik müqayisədə 38% azadır.

Qeyd edək ki, Gürcüstan cari ilin yanvar-iyul ayları ərzində Azərbaycandan 416,514 mln. kVt-saat elektrik enerjisi idxal edib. Hesabat dövründə Azərbaycan Gürcüstanın əsas elektrik enerjisi tədarükçüsü olub.

Bizimlə əlaqə saxlayın