19 
Fev
2020
12:24
672

Bu ilin yanvarında Gürcüstanın xarici ticarət dövriyyəsi artıb

Bu ilin yanvarında Gürcüstanın xarici ticarət dövriyyəsi 882,5 mln. ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin hesabat dövrü ilə müqayisədə 5,7% çoxdur.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Qeyd edilib ki, yanvar ayında Gürcüstanın ixracı əvvəlki illə müqayisədə 10% artaraq 262,6 mln. dollar təşkil edib. İdxal isə 4% artaraq 619,8 mln. dollara çatıb. Hesabat dövründə Gürcüstanın xarici ticarət dövriyyəsinin mənfi saldosu 357,2 mln. dollar təşkil edib ki, bunun da xarici ticarət dövriyyəsində payı 40,5% təşkil edib.

Yanvarda Çin (44,4 mln. dollar), Azərbaycan (44 mln. dollar) və Rusiya (33,4 mln. dollar) Gürcüstanın əsas ixrac tərəfdaşları olub. İlk 10 əsas xarici ticarət tərəfdaşlarına ixrac Gürcüstanın ümumi ixracının 82,8%-ni təşkil edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər