Gürcüstan və Albaniya futbol komandaları arasında keçirilən görüş Albaniyanın qələbəsi ilə başa çatıb
Gürcüstan və Albaniya futbol komandaları arasında keçirilən görüş 0:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
InterPress.ge xəbər verir ki, matçın ilk hissəsi 0:0 hesabla başa çatıb, ikinci hissədə görüşün 48-ci dəqiqəsində albanlar hesabı açıb, qolu Kristian Aslan Gürcüstan millisinin qapısına vurub.
Mixail Mesxi adına stadionda “Millətlər Liqası”nın dördüncü turunun oyunu keçirilib.
Məlum olduğu kimi, UEFA “Millətlər Liqası”nın B1 qrupunda Gürcüstan millisinin rəqibləri Çexiya, Albaniya və Ukrayna yığmalarıdır. Hazırda qrupda Gürcüstan futbol komandasının 6, Çexiya və Albaniyanın 6-6 xalı var. Bu gün Çexiya futbol komandası ilə qarşılaşacaq Ukrayna üç xalla qrupda qalıb.
Gürcüstanın futbol komandası “Millətlər Liqası”nda növbəti oyununu noyabrın 16-da Ukraynaya qarşı keçirəcək.