İrakli Kobaxidze: Gürcüstanın milli maraqlarını təmin etmək üçün hər şeyi edirik
“Biz Gürcüstanın milli maraqlarını təmin etmək üçün hər şeyi edirik və apardığımız siyasət gürcüyönlüdür”.
InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze İsveçrənin həftəlik “Die Weltwoche” jurnalına müsahibəsində deyib.
Hökumət başçısının qeyd etdiyinə görə, Gürcüstan strateji səbirli siyasət yürüdür.
“Bizim strateji səbir dediyimiz siyasətimiz var və təbii ki, bu vəziyyət asan deyil. Ərazilərimizin 20 faizi işğal olunub. Rusiya Federasiyası Ukraynada müharibə aparır. Gürcüstan üçün vəziyyət son dərəcə ağırdır. Ona görə də biz strateji səbir siyasəti, praqmatik siyasət yürüdürük. Bunu bəyənməyənlər var. Bu insanların bəzi auditoriyalara Gürcüstan hökumətinin rusiyayönlü olduğunu söyləmələrinin səbəbi budur, biz isə gürcüyönlüyük. Biz Gürcüstanın milli maraqlarını təmin etmək üçün hər şeyi edirik və apardığımız siyasət gürcüyönlüdür. Onların isə başqa bir marağı var - ətrafımızda yeni münaqişələr yaratmaq, bu Gürcüstanın milli maraqlarına uyğun deyil", - baş nazir bildirib.


