23 
Mar
2025
19:41
406

Gürcüstan Ermənistanı 6:1 hesabı ilə məğlub edərək UEFA Millətlər Liqasının B divizionunda yerini qorudu

“Dinamo Arena” stadionunda UEFA Millətlər Liqasının pley-off mərhələsinin cavab oyununda Gürcüstan milli komandası Ermənistan yığmasını 6:1 hesabı ilə məğlub edib.

InterPress.ge xəbər verir ki, görüşdə sonuncu qolu Xviça Kvaraçxeliya vurub.

Oyunun ilk hissəsi Gürcüstan millisinin tam üstünlüyü ilə keçib və 5:0 hesabı ilə başa çatıb. İkinci hissənin əvvəlində Ermənistan millisi fərqi azaltsa da, görüşün sonunda meydan sahibləri daha bir qol vuraraq yekun hesabı müəyyənləşdiriblər.

Matçda qolları aşağıdakı futbolçular vurub:

1:0 – Aroyan (avtoqol, 4-cü dəqiqə)

2:0 – Mikautadze (14-cü dəqiqə)

3:0 – Çakvetadze (23-cü dəqiqə)

4:0 – Kiteişvili (27-ci dəqiqə)

5:0 – Mikautadze (35-ci dəqiqə)

5:1 – Sevikyan (48-ci dəqiqə)

6:1 – Kvaraçxeliya (63-cü dəqiqə)

Xatırladaq ki, ilk oyunda Gürcüstan millisi Yerevanda Ermənistanı 3:0 hesabı ilə məğlub etmişdi.

Beləliklə, iki oyunun nəticəsinə əsasən Gürcüstan millisi UEFA Millətlər Liqasının B divizionunda yerini qoruyub. İyun ayında yoldaşlıq oyunları keçiriləcək, sentyabr ayından isə Gürcüstan yığması dünya çempionatının seçmə mərhələsində mübarizəyə başlayacaq.

Bizimlə əlaqə saxlayın