Təhsil Komitəsi ali təhsil müəssisələrində gürcü dilinin məcburi tədrisini nəzərdə tutan dəyişiklikləri dəstəkləyib
Komitə “Ali təhsil haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanunvericilik təşəbbüsünün irəli sürülməsini dəstəkləyib.
InterPress.ge xəbər verir ki, dəyişikliklərə ali təhsil müəssisələrində gürcü dilinin məcburi tədrisi daxildir.
"Biz iyunun ortalarında qanuna çevriləcək qanunvericilik təşəbbüsünü dəstəklədik. Nazirliyin müvafiq qaydanı hazırlaması və bu qaydaya əsasən gələcəkdə ali təhsil müəssisələrində tətbiq edilməli olan kurrikulumun müəyyən edilməsi üçün iki aydan çox vaxt veriləcək", - parlamentin Təhsil, elm və gənclərlə iş üzrə komitəsinin sədri Qivi Mikanadze bildirib.
Qanunvericilik təklifi Tbilisi Dövlət Universitetinin professorları Nana Maçavariani və Qiorqi Qoqolaşviliyə məxsusdur.
2005-ci ildə ali təhsil müəssisələrində gürcü dilinin tədrisi dayandırılıb və universitetdə “Gürcü dili” fənni ləğv edilib. Ali məktəblərdə ana dilinin tədrisi öhdəliyi yalnız filologiya fakültəsinə şamil edildiyi halda, digər fakültələrdə yalnız seçmə fənlər siyahısına daxil edilib.


